"Qarabağ" Avropada yalnız "Srvena Zvezda"dan geri qalır
"Qarabağ" Avropada davam edən ölkə çempionatlarında uduzmayan 6 komandadan biridir. Köhlən atlar" bu mövsüm Premyer Liqada keçirdiyi 18 oyunda 16 qələbə qazanıb və 2 dəfə heç-heçə edib. Azərbaycan çempionu ümumi sıralamada yalnız Serbiyanın "Srvena Zvezda" klubundan geri qalır.