"Qarabağ" Avropa klubları arasında 88-cidir
2021-02-09 18:12
"Qarabağ" klubu Avropa reytinqində 88-ci pillədə qərarlaşıb. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının açıqladığı reytinq siyahısına əsasən müəyyən edilib. 85,6 xala malik "köhlən atlar" siyahıdakı 112 Avropa təmsilçisindən biridir. Siyahıda Niderland "Ayaks"ı 1-ci, İngiltərə təmsilçiləri "Çelsi" və "Mançester Siti" növbəti sıralarda yer alıb.
Nərgiz camal