Qarabağ atları ilə Britaniya kraliçasının şərəfinə şou nümayiş etdiriləcək
2021-05-12 12:13
Bu gün Londonda kral ailəsi üzvlərinin şərəfinə ənənəvi "Royal Windsor Horse Show" start götürəcək. Birləşmiş Krallığın Kraliçası II Yelizavetanın iştirakı ilə keçiriləcək şouya Azərbaycan təmsilçiləri də qatılacaq. Kraliçanın taxta çıxmasının 70-ci ildönümünə həsr olunan tədbirdə Azərbaycan nümayəndələri "Odlar Yurdu” adlı xüsusi proqram təqdim edəcək. Təmsilçilərimiz Qarabağ atları üzərində hərəkətlər nümayiş etdirəcək, rəqs kompozisiyası sərgiləyəcəklər.
Nərgiz camal