Qarabağa 4 068 arı ailəsi köçürülüb
2021-03-03 18:06
Bu il Qarabağın hesabına 3 tondan çox bal istehsalı gözlənilir. Ötən il azad edilmiş ərazilərdəki yaylaqlara ümumilikdə 4 min 068 arı ailəsi köçürülüb. 2022-ci ildə müraciətlərin sayı daha da artıb. Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədri Bədrəddin Həsrətov bildirib ki, hazırda Qarabağdan olmayan arıçılar belə həmin ərazilərə arıçılıqla bağlı müraciət edirlər. Bu il 25 min arı ailəsinin Qarabağa köçürülməsi gözlənilir.
Vüsalə camal