"Qarabağ"a 2 qol vuran futbolçu həftənin ən yaxşısı seçilə bilər
Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub. Bu ada "Molde"nin heyyətində ötən gün "Qarabağ"ın qapısından 2 top keçirən Kristian Eriksen, "Liverpul"dan Kodi Qakpo, "Frayburq"dan Mixel Qreqoriş və "Marsel"dən Pyer-Emerik Obameyanq namizəddir. Qalib UEFA-nın saytında keçirilən sorğudan sonra məlum olacaq.
Fərid Mehdiyev