"Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başladı
"Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başlayıb. II təsnifat mərhələsinin ilk matçında səfərdə Cəbəllütariq "Linkoln"ı ilə qarşılaşan Ağdam təmsilçisi 2:0 hesablı qələbəyə sevinib. "Qarabağ" və "Linkoln" arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20-də səslənəcək.
Fərid Mehdiyev