"Qarabağ"ın rəqibinin koronavirus testlərinin nəticəsini açıqlanıb
2020-10-15 12:09
UEFA Avropa Liqasında I qrupunun ilk tur matçında "Qarabağ"ı qəbul edəcək İsrailin "Makkabi" komandasının üzvləri növbəti dəfə koronavirus testindən keçib. Bütün analizlərin nəticəsi mənfi çıxıb. Son bir neçə həftədə Təl-Əviv təmsilçisinin 12 futbolçusu virusa yoluxmuşdu ki, onların əksəriyyəti artıq komanda ilə birlikdə məşqlərdə iştirak edirlər. Oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23-də başlayacaq.
Nərgiz Camal