"Qarabağ"ın rəqibi yenə qələbə qazana bilməyib
2020-11-03 10:06
Türkiyə Super Liqasında VII turun daha iki oyunu keçirilib. Qarabağın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Sivasspor Azərbaycan çempionu ilə oyunöncəsi debütant Hataysporun qonağı olub. Oyun 1:1 hesablı bərabərliklə bitib.Çempionluğa əsas namizəd sayılan Fənərbaxça isə Antalyasporla səfərdə üz-üzə gəlib. Ev sahibləri birinci hissənin sonlarında meydanda azlıqda qalmasına və fasilədən dərhal sonra qol buraxmasına baxmayaraq, tezliklə bərabərlik topunu vurub. Lakin final fitinə yaxın qələbə qolunu vuran sarı-lacivərdlilər liderliyə yüksəlib. Hesab 2:1. Turun Göztəpə – Alanyaspor oyunu təxirə salınıb.
Fərid Mehdiyev