Canlı
"Qarabağ"ın rəqibi "Mançester Yunayted"lə görüşdə qələbəni əldən verib

2018-12-06 / 08:21

Qarabağın Avropa liqasındakı rəqibi Arsenal İngiltərə Premyer Liqasının 15-ci turunda səfərdə "Mançester Yunayted"lə qarşılaşıb. Turun mərkəzi görüşü 2:2 hesablı sülhlə bitib. Topçular 2:1 öndə olduqları oyunda qələbə hesabını sonadək qoruya bilməyiblər. Bu nəticədən sonra xallarını 31-ə çatdıran "Arsenal" 5-ci pillədə qalıb. Topçular dekabrın 13-də avroliqanın qrup mərhələsinin son oyununda Qarabağı Londonda qəbul edəcəklər.

Vəfa Şairova