"Qarabağ"ın qolu UEFA Konfrans Liqasında qrup mərhələsinin ən yaxşısı seçilib
2021-12-18 14:10
UEFA Konfrans Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib. "Qarabağ"ın futbolçusu Kadi Borgesin Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə məğlub etdikləri II tur oyunundakı dəqiq zərbəsi birinci yerə layiq görülüb. Bu qarşılaşmada dubl edən 25 yaşlı braziliyalı yarımmüdafiəçi 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atmışdı. Qeyd edək ki, qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olub. Kadi Borgesin qolu 28 faiz səs toplayıb.
Vüsalə camal