"Qarabağ"ın müdafiəçisi Avropa Liqasında ən çox top uzaqlaşdıran futbolçulardan biridir
"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarında ən çox top uzaqlaşdıran futbolçuların siyahısında yer alıb. Bu barədə yarışın rəsmi feysbuk səhifəsi paylaşım edib. 25 yaşlı müdafiəçi 2 görüşdə 8 dəfə buna müvəffəq olub. Mustafazadə bu göstəriciyə görə 3-5-ci yerləri bölüşdürür. İlk sırada "köhlən atlar"ın qrupdakı rəqibi Fransa "Nant"ında çıxış edən Nikolya Pallua qərarlaşıb. Macarıstan "Ferentsvaroş"undan Sami Mmae 2-ci pillədədir.