"Qarabağ"ın Konfrans Liqasındakı oyunlarının başlama saatı açıqlanıb
2021-12-14 10:06
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"inə qarşı keçirəcəyi oyunların başlama vaxtı açıqlanıb. Fevralın 17-də Marsel şəhərindəki qarşılaşma Bakı vaxtı ilə gecə saat 12-də start götürəcək. Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionundakı görüş isə saat 21:45-ə təyin olunub.
Fərid Mehdiyev