"Qarabağ"ın Kipr "Omoniya"sı ilə keçirəcəyi V tur matçı üçün hakim təyinatları açıqlanıb
2021-11-22 16:00
UEFA Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın Kipr "Omoniya"sı ilə keçirəcəyi V tur matçı üçün hakim təyinatları açıqlanıb. Qarşılaşmanı Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək. Baş hakim Morten Krox olacaq. Noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.
Vüsalə camal