Qarabağın hücumçusu bombardirlər siyahısında Liverpulun ulduzundan geri qalır
2021-06-15 16:13
"Qarabağ"ın futbolçusu İbrahima Vadji 2021/2022 mövsümündə Seneqalın ən yaxşı bombardirləri sırasına düşüb. 27 yaşlı hücumçu ötən mövsüm ərzində qatıldığı turnirlərdə 16 qol vurub. Siyahıya 23 qolla İngiltərə "Liverpul"unun və Seneqal millisinin yarımmüdafiəçisi Sadio Mane başçılıq edir. Üçüncü yeri Çinin "Şanxay Port" komandasından 13 qolla Şerif Ndiaye tutur.
Vüsalə camal