Qarabağın futbolçusunun vurduğu qol həftənin ən yaxşısı seçilib
2021-10-01 16:09
“Qarabağ”ın futbolçusu Kadi Borqesin ötən gün Konfrans Liqasında Kipr Omoniyasına vurduğu qol həftənin ən yaxşısı seçilib. UEFA-nın azarkeşlər arasında apardığı səsvermədə braziliyalı yarımmüdafiəçinin 52-ci dəqiqədə uzaq məsafədən vurduğu bərabərlik topu digərlərini üstələyib. Ağdam təmsilçisinin 4:1 qazandığı qarşılaşmada Kadi Borqes dubla imza atmışdı.
Vüsalə camal