"Qarabağ"ın futbolçusu Belçika klubuna keçə bilər
Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Elvin Cəfərquliyev karyerasını Belçikada davam etdirə bilər. “Anderlext” 23 yaşlı cinah müdafiəçisi ilə maraqlanır. Klubun idman direktoru Yesper Fredberq "köhlən atlar"ın Belçikada "Gent"ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa skaut göndərəcək.
Vüsalə Cənnətova