Qarabağ"ın "Düdelanj"a qarşı keçirəcəyi ev oyununun biletləri bu gündən satışa çıxarılır

2019-11-18 12:06

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda Lüksemburq "Düdelanj"ına qarşı keçirəcəyi ev oyununun biletləri bu gündən satışa çıxarılacaq. Biletlərə sektorlar üzrə 2 manat, 5 manat, 10 manat, 50 manat və 75 manat qiymət qoyulub. Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Düdelanj" görüşü saat 21:55-də başlayacaq.

Vəfa Şairova