"Qarabağ"ın "Bayer 04"lə matçı ingiltərəli məşhur hakimə tapşırılıb
Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununun təyinatları açıqlanıb. Qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb. FIFA referisi Entoni Teylor əsas fit sahibi olacaq. Leverkuzendəki qarşılaşma martın 14-də, gecə saat 12-də başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.
Fərid Mehdiyev