Qarabağın ana vətənlə qucaqlaşmasının sevincini ürəklərimizdə hiss etdik. Türkiyə Prezidenti
2021-02-19 16:00
“Türk dünyası olaraq ötən müddətdə koronavirus pandemiyasına görə aralarında dostlarımızın, sevdiklərimizin də olduğu bir çox insanın itkisini yaşadıq. Amma bununla belə 30 illik işğaldan sonra Dağlıq Qarabağın təkrar ana vətənlə qucaqlaşmasının sevincini də ürəklərimizdə hiss etdik”. Bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Dünyası Meteorologiya Forumunun iştirakçılarına ünvanladığı məktubunda əksini tapıb. “Həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız türk dünyasının həmrəyliyinin əhəmiyyətini göstərdi. Bu bağları gücləndirmək, aramızdakı əməkdaşlığı daha da inkişaf etdirməliyik” - deyə Türkiyə lideri bildirib.
Fərid Mehdiyev