"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşib
2020-08-10 10:09
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşib. Ağdam təmsilçisi I təsnifat mərhələsində evdə Şimali Makedoniyanın "Sileks" klubuyla qarşılaşacaq. Bu mərhələnin oyunları 18/ 19 avqustda keçiriləcək. Bu gün isə Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq. "Sileks"i keçəcəyi təqdirdə "Qarabağ" üçün potensial rəqib müəyyənləşəcək.
Fərid Mehdiyev