Canlı
"Qarabağ"ın Çempionlar Liqasında potensial rəqibi bilindi

2018-08-06 / 16:52

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. Bu mərhələdə "Qarabağ"ın potensial rəqibi məlum olub. Belə ki, "Qarabağ" üçüncü təsnifat mərhələsində BATE səddini keçərsə, növbəti mərhələdə Niderlandın "PSV Eyndhoven" klubu ilə qarşılaşacaq. "Qarabağ" BATE-yə məğlub olacağı təqdirdə mübarizəni UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizə edəcək. BATE ilə oyun avqustun 7-də, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Ruhəngiz Hacızadə