Qarşılaşmalarda yalnız yerli azarkeşlərin iştirakı istisna edilmir
2020-02-10 16:10
UEFA İcraiyyə Komitəsinin üzvü Aleksey Sorokin Avropa çempionatının oyunlarına yalnız yerli azarkeşlərin buraxılma ehtimalı barədə danışıb. Bu məsələnin sərhədlərin açılması və bağlanması ilə əlaqədar olduğunu bildirən AVRO-2020-nin Rusiya hissəsinin Təşkilat Komitəsinin sədri deyib ki, qarşılaşmalarda yalnız yerli azarkeşlərin iştirakı istisna edilmir. 11 iyun - 11 iyulda keçirilməli olan AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.
Vüsalə Camal