Qarşılaşma isə PSV-nin 2:1 hesablı qələbəsi ilə başa çatıb
2020-10-30 11:01
UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda E qrupunda keçirilən "Omoniya" – PSV Eyndhoven qarşılaşmasında avroliqa tarixində rekord qeydə alınıb. "Omoniya"nın futbolçusu liqa tarixində ən uzun məsafədən qol vurub. Oyunun 29-cu dəqiqəsində Jordi Qomes 56 metrlik məsafədən topu rəqib qapısından keçirib. Bu, turnirin tarixində ən uzaq məsafədən vurulan qol olub. Qarşılaşma isə PSV-nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Vüsalə Camal