Qapalı məkanlarda maska tələbinin ləğvi məsələsinə baxılır
2021-04-09 14:00
Səhiyyə naziri Teymur Musayev maska qadağasının aradan qaldırılması ilə bağlı məsələyə aydınlıq gətirib. Nazir deyib ki, yoluxma sayı kəskin azalmaqdadır, gündəlik hospitalizasiya sayı da sadə rəqəmlərlə ifadə olunur. Bütün bunlar nəzərə alınaraq müəyyən qərarlar veriləcək. Teymur Musayev, həmçinin Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görüldüyünü açıqlayıb. Səhiyyə Nazirliyinin tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətinə nəzarət mərkəzinin yaradılmasının nəzərdə tutulduğunu da diqqətə çatdırıb.
Vüsalə camal