Qanunsuz yolla Azərbaycana gətirilən Ermənistan istehsalı məhsullar məhv edilib
2021-12-25 14:10
Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan 4600 qutu fişəng və 119 min 385 ədəd pirotexniki vasitələr, müxtəlif adda və vaxtı keçmiş dərman preparatları, kustar üsulla hazırlanmış alkoqollu və sərinləşdirici içkilər, ərzaq və qeyri-ərzaq məhsulları, yuyucu vasitələr məhv edilib. Məhv edilən mallar arasında Ermənistan istehsalı olan istifadəyə yararsız 37 ədəd suvenir, 32 qutu siqaret və 51,70 litr müxtəlif spirtli içkilər də olub.
Vüsalə camal