Qanunsuz silah gəzdirən şəxs saxlanılıb
Bakıda əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Rauf Yusifov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 16 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.
Əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ramin Alxasovun evindən isə 1 ədəd “Kalaşnikov” avtomatı və 15 ədəd patron aşkar olunub. Hər 2 şəxs silahları bir müddət əvvəl əldə etdiklərini və polisə könüllü təhvil vermək əvəzinə özlərində saxladıqlarını bildiriblər. Araşdırmalar davam etdirilir.
Fərid Mehdiyev