Qanunsuz saxlanılan silahlar aşkar edilib
Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri çərçivəsində ötən gün paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 18 tüfəng, 2 patron darağı və 24 ədəd patron aşkar edərək götürüblər.
25 fevral 2026

