Qanunsuz saxlanılan odlu silahlar təhvil verilib
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Rayon sakini Göytəpəçayın kənarında torbanın içərisindən tapdığı 1 ədəd “AK-74” markalı avtomat silahını, 1 ədəd patron darağını və 17 ədəd 5,45 çaplı patronu könüllü olaraq polisə təqdim edib.
Bundan əlavə, 6 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü təhvil verib.
Azad Mustafayev