Qanunsuz qızıl axtaranlardan 3-cüsü də saxlanılıb
Lerikin dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran üçüncü şəxs də polis tərəfindən saxlanılıb.Daxili İşlər Nazirliyinin bildirilib ki, polis tərəfindən əməliyyat aparıldığı zaman R.Qasımov hadisə yerindən qaçmışdı.Xatırladaq ki, dağlıq ərazidə qızıl axtaran üç nəfər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd edib. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb, E.Kərimov isə saxlanılıb.
21 oktyabr 2026

