Qanunsuz ov etmək istəyən 4 nəfəri polis saxladı
2021-01-06 10:07
Balakəndə gecə saatlarında rayonun Qazma kəndində çöllük ərazidə dayanan “VAZ-21011” markalı avtomobil polis əməkdaşlarının diqqətini cəlb edib. Sürücü Tülü kənd sakini Ramiz Akkubayev və sərnişinlər həmkəndliləri Ələddin Dabaxov, Seymur Xəlilov və Emil Sarayev polis şöbəsinə gətiriliblər. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman oradan üç ədəd müvafiq sənədləri olmayan, “BUM” və “İJ” markalı ov tüfəngləri, eləcə də həmin silahlara məxsus patronlar aşkarlanaraq götürülüb. Onlar ifadələrində birlikdə ova getdiklərini bildiriblər.
Vüsalə camal