Qanunsuz ov edənlər cərimələnib
İmişli və İsmayıllı rayonlarının inzibati ərazisində ov qaydalarını pozan Salyan sakinləri Vəkil Xəlilov, Səydam Şirəliyev, Mehman Ağayev, Göyçay sakinləri İkram Şükürov, Coşqun Həşimov və Ramil Quliyev saxlanılıb.Onlardan 3 ədəd ov silahı maddi sübut kimi götürülüb.Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və 6000 manat məbləğində cərimə tətbiq olunub.
02 mart 2026

