Qanunsuz ov edən şəxs saxlanılıb
Neftçalada ov qaydalarını pozan şəxs saxlanılıb. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatına görə, “Niva” markalı avtomobildə diri çöl göyərçini və qanunla qadağan olunmuş cələ aşkarlanıb. Göyərçin təbiətə buraxılıb, faktla bağlı sürücü Xalid Abdullayev barəsində protokol tərtib olunub. Xidmət vətəndaşları ov qaydalarına riayət etməyə çağırıb.