Qanunsuz narkotik saxlamaqda şübhəli bilinən Gəncə sakinləri saxlanılıblar
2021-02-10 14:09
Gəncədə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Elnur Məmmədov saxlanılıb. Polis İdarəsində onun üzərinə baxış keçirilən zaman ondan narkotik vasitə olan “tiryək” götürülüb. Digər əməliyyatla qanunsuz olaraq narkotik maddə olan “marixuana” əldə edib saxlmaqda şübhəli bilinən şəhər sakini Ramil Məmmədov da tutulub. Əlindəki çantadan 1 kq 790 qram narkotik vasitə olan “marixuana” aşkar olunub.
Nərgiz camal