Qanunsuz narkotik satışı ilə bağlı 80 əcnəbi saxlanılıb
Bu ilin 10 ayı ərzində Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlanıb. Bu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-oktyabar aylarının yekununa dair məlumatda əksini tapıb. Həmçinin bu il Azərbaycanda qanunsuz narkotik satışı ilə bağlı 80 əcnəbi saxlanılıb.