Qanunsuz erməni silahlı birləşmələri növbəti dəfə təxribata əl atıblar
2021-10-15 14:06
Oktyabrın 15-də səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində bu cəhdin qarşısı alınıb və silahlılar geriyə dönməyə məcbur ediliblər. MN bildiririlib ki, mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadə edilməsi qəti yolverilməzdir və istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı dərhal və qətiyyətlə alınacaq.
Nərgiz camal