Qanunsuz balıq ovlayan 5 nəfər saxlanılıb
Xəzər dənizinin Bakı və Sumqayıt şəhərləri akvatoriyasında, Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan 5 nəfər saxlanılıb. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Həmcinin su hövzələrindən ümumilikdə 1390 metr uzunluğunda 16 ədəd sintetik tor yığışdırılıb.
Vüsalə Cənnətova