Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
Xəzər dənizinin Sumqayıt, Lənkəran, Xaçmaz və Astara akvatoriyasında qanunsuz balıq ovlayan 5 nəfər saxlanılıb və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 460 metr uzunluğunda 5 ədəd sintetik tor yığışdırılıb.
Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə, 7 nəfər də tutulub.
Nərgiz Camalzadə