Canlı
Qanunsuz balıq ovlayan şəxs tutulub

2018-11-09 / 12:06

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları İmişli rayonunun Qızılkənd kəndində qeyri-qanuni balıq ovu ilə məşğul olan şəxs saxlayıblar. Rayon sakini Samir Teymurov ərazidə kustar üsulla hazırlanmış, elektrik cərəyanı buraxılmaqla balıqların məhvi üçün nəzərdə tutulmuş elektrik avadanlığından istifadə etməklə qanunsuz fəaliyyətlə məşğul ikən iş başındaca yaxalanıb. Ondan balıq məhsulları, ov ləvazimatları, həmçinin balıqların elektrik cərəyanı buraxılmaqla məhv edilməsi üçün nəzərdə tutulmuş, kustar üsulla hazırlanmış aparat da götürülüb. İmişli, Kürdəmir, Ağstafa, Qazax, Saatlı, Sabirabad, Hacıqabulda elektrik avadanlığı, partlayıcı maddələr və kimyəvi dərmanlarla balıq ovu kütləvi hal aldığından bu rayonlarda reydlər davam etdiriləcək.

Vüsalə Camal