Canlı
Qanunsuz ağac kəsimi azalıb

2018-10-11 / 16:16

Son 3 ay ərzində qanunsuz ağac kəsintisi nəzərəçarpacaq dərəcədə azalıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Firdovsi Əliyev deyib. O bildirib ki, bu ilin son 6 ayı ərzində Bakı şəhəri ərazisində 61 ağacın icazəsiz kəsildiyi, 98 ağacın isə zədələndiyi aşkar edilib. "Müqayisə üçün bildirək ki, son 3 ay ərzində isə 12 ağacın kəsildiyi, 14 ağacın zədələndiyi müəyyən edilib. Rəqəmlər də bunu deməyə əsas verir ki, son 3 ayda ağac kəsintisi nəzərəçarpacaq dərəcədə azalıb".

Fərid Mehdiyev