Qalatasarayda prezident postuna qadın namizəd
2021-04-08 14:10
Qalatasarayın prezidenti postuna namizədlərin sayı artıb. İstanbul klubunun idarə heyətində yer alan Begüm Özkan aprelin 30-da keçiriləcək seçkilərdə 3-cü namizəd olacaq. Buna qədər Mətin Öztürk və Əşrəf Hamamcıoğlunun namizədliyi rəsmiləşib. Xanım namizəd üçün zəruri olan sənədlərin toplanmasına start verilib. Klub prezidentliyinə namizədlərin qəbulu sabah başa çatacaq.
Nərgiz camal