Qalatasarayda 5-ci Fatih Terim dönəmi başlaya bilər
2021-03-29 12:06
Fatih Terim yenidən "Qalatasaray"ın baş məşqçisi ola bilər. Türkiyə mətbuatında yer alan xəbərə görə, bu, klubda yeni prezident seçkilərindən sonra baş verə bilər. İstanbul təmsilçisinin sabiq prezidenti Dursun Özbek yenidən prezident seçiləcəyi təqdirdə baş məşqçi postunda 69 yaşlı mütəxəssisi görmək istəyir. İstanbul təmsilçisində sözügedən seçkilər aprelin 30-da keçiriləcək.
Nərgiz camal