"Qalatasaray" “Sivasspor" üzərində böyükhesablı qələbə qazanıb
Türkiyə Superliqasında 35-ci turun növbəti oyunları keçirilib. "Qalatasaray" doğma meydanda “Sivasspor" üzərində 6:1 hesablı qələbə qazanıb.
İngiltərə Premyer Liqasının 36-cı turu çərçivəsində isə “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb. Hesab 4:2.
Günün digər oyunlarında “Brayton” “Aston Villa”nı 1:0, “Çelsi” isə “Vest Hem”i 5:0 hesabı ilə məğlub edib.
İtaliya A Seriyasında 35-ci turu çərçivəsində "Roma" və "Yuventus" komandalarının üz-üzə gəldiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Vüsalə Cənnətova