Qalatasaray Türkiyə kubokunda mübarizəyə qoşulur
"Qalatasaray" Türkiyə Kubokunda mövsümü açır. Sarı-qırmızılılar 3-cü tur matçında "Nef" stadionunda "Kastamonuspor"u qəbul edəcək. Okan Burukun baş məşqçi olduğu komanda qələbə qazanaraq həm növbəti tura yüksəlmək, həm də liqanın son turunda Kayseri səfərində göstərdiyi pis oyun və aldığı məğlubiyyəti azarkeşlərinə unutdurmaq istəyir. "A spor"dan canlı yayımlanacaq görüş Bakı vaxtı ilə saat 22-də başlayacaq.