Canlı
"Qalatasaray" klubu yeni transferini açıqlayıb

2019-01-10 / 17:57

Türkiyənin "Qalatasaray" klubu yeni transferini açıqlayıb. İstanbul təmsilçisi cinah müdafiəçisi Emre Taşdemiri heyətinə qatıb. 24 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2020-ci ilin iyun ayına kimi nəzərdə tutulub.Qeyd edək ki, son olaraq "Bursaspor"da oynayan E.Taşdemir 4 dəfə Türkiyə milli komandasının da formasını geyinib.

Fərid Mehdiyev