"Qalatasaray" klubu məşqə çıxıb
2020-05-06 16:05
Türkiyənin "Qalatasaray" klubu koronavirus pandemiyasına görə ölkədə elan olunmuş karantin rejimi dövründə ilk dəfə məşqə çıxıb. "Sarı-qırmızılılar" bu gün öz bazasında hazırlıqları bərpa edib. Çalışmalar fiziki hazırlıq üzrə gerçəkləşib. Futbolçular gigeyena və sosial məsafə qaydalarına uyğun məşq ediblər. Hazırlığın ilk mərhələsində 6 futbolçu iştirak edib.
Vüsalə Camal