Canlı
"Qalatasaray" klubu Luis Adrianoya 4 milyon avro ödəməyə hazırdır

2018-12-05 / 13:51

Türkiyənin "Qalatasaray" klubu Rusiyanın "Spartak" Moskva komandasında çıxış edən Luis Adrianonu heyətinə qatmağa çox yaxındır. İstanbul təmsilçisi artıq 31 yaşlı hücumçu ilə görüşüb və razılıq əldə edib.Türkiyə nəhəngi hazırkı klubu ilə 1.5 illik müqaviləsi olan Adriano üçün 4 milyon avro ödəməyə hazırdır. "Cim-Bom" təcrübəli forvard ilə 3.5 illik sözləşmə imzalamaq niyyətindədir.

Ruhəngiz Hacızadə