"Qalatasaray" "Barselona"nın futbolçusunu heyətinə qatır
2021-01-31 12:10
“Qalatasaray” heyətinə yeni futbolçu qatır. Türkiyə klubu “Barselona”nın qapıçısı İnyaki Penyanı icarəyə götürəcək. 22 yaşlı qolkiper artıq İstanbula gəlib. İspaniyalı mövsümün sonunadək “Qalatasaray”da çıxış edəcək. İnyaki cari mövsüm “Barselona”nın ikinci komandasının heyətində 3-cü liqada 6 oyun keçirib.
Vüsalə camal