Qalatasaray 6 futbolçusu ilə vidalaşır
2021-04-05 14:10
Mövsümün sonunda heyətində köklü dəyişliklər aparmağı planlaşdıran Qalatasarayın göndərəcəyi futbolçular müəyyənləşib. Artıq 6 futbolçunun yayda yola salınacağı demək olar ki, dəqiqdir. Bunlar qapıçı Fatih Öztürk, müdafiəçi Semih Kaya, yarımmüdafiəçilər Arda Turan, Sofian Fequli, Erik Pulqar və hücumçu Rayan Babeldir. Cim-bom Super Liqada 31 turdan sonra 41 xalla 13-cü pillədə qərarlaşır.
Nərgiz camal