"Qalatasaray"ın baş məşqçisi Fatih Terim xəstəxanadan buraxılıb
2020-03-30 18:05
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim xəstəxanadan buraxılıb. Həkimlər koronavirusa yoluxan təcrübəli mütəxəssisin evə getməsinə icazə veriblər. Terimin infeksiyayla bağlı testinin nəticəsi hələ də müsbət çıxıb. Lakin müayinənin evdə davam etdirilməsinə qərar verilib. Tibbi personal onun evə buraxılmasına baxmayaraq, karantin rejimindən çıxmayacağını vurğulayıb.
Fərid Mehdiyev