Qalatasarayın baş məşqçi postuna Alman namizəd
2021-06-14 14:10
Almaniyanın "Borussiya" Dortmund klubundan ayrılan Marko Roze "Qalatasaray"ın sükanı arxasına keçə bilər. Türkiyə mətbuatının xəbərinə görə, İstanbul təmsilçisinin yeni rəhbərliyi 46 yaşlı mütəxəssislə danışıqlarda müsbət nəticələr əldə edib. Baş məşqçi ilə bağlı yekun qərarı klubun yeni prezidenti Dursun Özbək verəcək.
Vüsalə camal